“Deyəsən onun başı bədəninə ağırlıq edir” - QALMAQAL

Cavanşir -Əli Mirəliyev qalmaqalı davam edir. Ötən həftə "OLAYLAR" vasitəsilə baş verən hadisələrə münasibət bildirən tərəflər bir-birlərini növbəti dəfə ittiham etdilər. Cavanşir "Əli Mirəliyev başdan ayağa qüsurdur. Onun səsində, hər şeyində qüsur var" deməklə Əli Mirəliyevi yenidən dilə gətirdi. Cavanşiri biqeyrət və mərifətsiz adlandıran Ə.Mirəliyevin ünvanına sərt mesajlar yollanıldı. Bu haqda daha ətraflı "OLAYLAR"a danışan Cavanşir hiddətini gizlətmədi: "Deyir ki, "qüsurlu indikilərdi. Bunların kişi, ya arvad olmasını da bilmək olmur". Kişi də kişi olmalıdır da. Efirə çıxıb qadın kimi qışqırmaq kişiyə yaraşmaz ki?! Qışqıra-qışqıra fikirlərini bildirir. Sən kimsən ki, Allahsan məgər, insanların taleyini yazasan. Sənin nəyinə lazımdır ki, kim oxuyur, kim oxumur. Oxuyuram yaxşı eləyirəm. Əgər mən yaxşı oxumasaydım, bu sahədə uğurlarım olmasaydı, sevilməsəydim, Əli Mirəliyev bu qədər narahat olmazdı. Gah deyir, o çox gözəl jurnalistdi, gah da deyir o yaxşı jurnalist deyil. Dedikləri üst-üstə düşmür, çünki özü bilmir nə istədiyini. Vallah mənim ona qərəzim yoxdur, söylədiyi fikirləri də oxuyub, gülürəm. Səbəb isə qeyri-ciddi adamın haqqımda əsassız fikirlər səsləndirməsidir. Sual veriri ki, sovet dövründə qüsurlu adamı efirə buraxardılar? Buraxmazdılarsa, bəs Əli Mirəliyev hansı yolla dilindəki qüsurla bu sənətə gəlib, efirə buraxılıb? İndikilərdən kimdə qüsur var və ya yoxdu deyə bilmərəm, amma məndə qüsur tutmaq Əlimirəliyevkimilərin başı üçün deyil! Çaşmasın! Ağzından çıxan biqeyrət, mərifətsiz özünə yaraşan sözdü. Kişi ilə qadını bir-birindən ayira bilmirsə, yəqin ki, onun özündə nə isə problem var, elə ona görə də efirdə həyasız qadınlar kimi qışqırır. Cavan deyil ki, tutub, otuzdurub, başa salasan. Yaşına-başına yaraşmayan formada danışan insanla ağız-ağıza verməyi özümə yaraşdırmasam da, dediyi fikirlər saytlara, efirlərə yol açır deyə məcburam son dəfə cavablandırım, çünki bundan sonra nə qədər danışsa, cavab verməyəcəm. Səviyyəsi olmayan, özünə hörmət etməyən insanla baş-başa verdiyim, eyni efirdə göründüyüm üçün bu günə kimi yaxınlarım, dostlarım tərəfindən danlanıram. Jurnalist kimi deyə bilərəm ki, bu insan belə danışıq, oxu tərzi ilə efirə buraxılmamalıdır. Çünki efirə yararsız olduğu bəs-bəlli ortadadı. Onu nə oxumaq üçün, nə də ki, bir sənətkar kimi söz deməyə görə yayıma dəvət edirlər. Əli Mirəliyev kimiləri efirə reytinq xatirinə dəvət edirlər, çünki həyasız kimi qışqırır, dava salır, ağına-bozuna baxmadan ağzına gələni danışır, nəticədə yaxşı reytinq verir. Hələ o efirdə danışıq qaydasını bilmir, elə bil küçədə tay-tuşları ilə söhbət edir. Onun danışdıqlarını hələ kəsib-doğrayıb, abırlı hala gətirib efirə verirlər. Belə mədəniyyətdən xəbərsiz mədəniyyət nümayəndəsi olar? 
Qanundankənar iş görmürəmsə kim mənə "niyə bu işlə məşğulsan?" deyə bilər? Onun  dediklərini oxuyub çox əsəbləşdim. Həqiqətən də o peşəkar müğənni idisə niyə onu konservatoriyada işə götürmürdülər? Bu insan danışa, özünü apara bilmir. Həyasızcasına efirdən qışqırmağı bilir. Sənətkardan danışmaq lazımdır. O, sənətkar deyil. Cavan bir müğənni kimi isə deyirəmki, Əli Mirəliyevkimilər mənim üçün örnək deyil. Bu insan heç nəyə görə örnək ola bilməz. Nə özünü aparmağına, nə ifasına, nə də ki mədəniyyətə görə heç kəsə örnək ola bilməz. Əli Mirəliyev baxılası adam deyil. Deyir jurnalistikada pul qazana bilməyib, özünü göstərə bilməyib müğənniliyə gəlmişəm, tam əksinə mən jurnalistikada qazandığım pulu oxumaqla qazanmıram. Çünki onun kimi toylara can atmıram. Mən jurnalistikada özümü subut etmək üçün neyləməliydimki? Bir gənc jurnalist olaraq operativ, obyektiv, qərəzsiz, vicdanlı, düzgün qələmimlə yazdığım sahədə uğur da qazanmışdım, hörmət sahibinə də çevrilmişdim. Öz istəyimlə, çətinliklərindən xəbərdar olaraq, bu sahədən oxumağa keçmişəm, peşiman da deyiləm. Tələsmirəm, Allahın izni ilə vaxtı çatanda oxumağımla kim olduğumu göstərəcəyəm. Hər bir insanda səs var, səs doğulanda verilir. Səs olmasa insanlar danışa da bilməz. Amma musiqi duyan qulaq hər adamda yoxdu deyə hər kəs oxuya bilmir. Mənim eşidən qulağım var və yaxşı ürəyim var deyə oxuyuramsa, ya dinləməyi bacar, ya da xoşuna gəlmirsə dinləmə. Amma sənə heç kim haqq vermir ki, ağzına gələni danışasan. Savadı olan müğənni bilməlidir ki, "estrada" pıçıltı deməkdir. Mənim sevgi dolu ürəkdən gələn pıçıltımı duymaq üçün insanda gözəl, təmiz, saf , mənəviyyatlı, qururlu ürək və yaxşı eşidən qulaq olmalıdır. Yaxşı musiqi duyan qulaq və gözəl ürək Əli Mirəliyevdə yoxdu, olsaydı, o nəinki mənim haqqımda, ümumiyyətlə heç kim haqqında belə danışmazdı. Əli gözünü açandan palatka toylarında olub, səsyüksəldici ilə verilən qoşanağara səsi qulağından ürəyinə gedən pərdəni deşib deyə ürəkdən gələn nəğmələri eşitmirsə, bu mənim problemim deyil. Deyəsən onun başı bədəninə ağırlıq edir".

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31