Qafqaz Albaniyası irsinin tədqiqi, mühafizəsi və təbliğinə dair Dövlət Proqramı"nın layihəsinin müzakirəsi təşkil olunub

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində "Qafqaz Albaniyası irsinin tədqiqi, mühafizəsi və təbliğinə dair Dövlət Proqramı"nın layihəsinin müzakirəsi təşkil olunub.
Tədbirdə Azərbaycan Respublikasının Prezidentinin göstərişinə müvafiq olaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2012-ci ildən etibarən Dövlət Proqramının layihəsi üzərində hazırlıq işlərinə başlanıldığı və ümumilikdə 30-dan çox mərkəzi və yerli icra hakimiyyəti orqanından, 10-dək elmi institut və universitetdən təkliflərin qəbul edildiyi bildirilib. Proqram layihəsinin elmi müzakirəsinə həsr olunan görüşdə iştirakçılar Qafqaz Albaniyası irsinin tədqiqinə sistemli yanaşmanın və irsin təbliği sahəsində səylərin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31