Sultan Süleymana görə milyoner olmaqdan imtina etdi
13 May 2013 18:24 Mədəniyyət"OLAYLAR"ın Haberler.com saytına istinadən verdiyi məlumata görə, Türkiyənin ən reytinqli seriallarından biri hesab edilən "Muhteşem Yüzyıl"da Qanuni Sultan Süleymanın obrazını canlandıran məşhur aktyor Halit Ergenç reklamlara çəkilməkdən imtina edib. Bunun səbəbini çəkildiyi serialda canlandırdığı Süleyman obrazının imicinə zərər gətirməməsi ilə izah edən aktyor bunun müqabilində ona ödəniləcək milyonlardan da imtina etməli olub. Halit Ergençin çəkildiyi serialın digər məşhur qəhrəmanları isə həmkarlarından fərqli olaraq özlərinin reklam biznesini çoxdan qurublar. Bu sırada Meryem Uzerlinin də adını çəkmək olar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31