Filipp Kirkorov "Eurovision"da azərbaycanlı iştirakçını dəstəkləyəcək

Rusiyalı müğənni kollektivinin ən yaxşı rəqqasını Fərid Məmmədovun ifası üçün seçib

Rusiya estradasının ulduzu Filipp Kirkorov "Eurovision-2013" mahnı müsabiqəsində Azərbaycan təmsilçisi Fərid Məmmədovun mahnısının məşqində iştirak edib. ANS PRESS-in məlumatına görə, F. Kirkorov Azərbaycan komandası üçün öz kollektivinin ən yaxşı rəqqası-Aleksandr Kuzmenkonu təqdim edib. O, Fəridin musiqi nömrəsinin ulduzu olacaq.  Fərid Məmmədov "Eurovision 2013" mahnı müsabiqəsində ayaqüstə şüşəli kubun içində oxuyacaq. Tamaşaçılar isə onun "kölgəsini" rəqs edən Kuzmenko ilə görəcəklər. Qeyd edək ki, Aleksandr Kuzmenko 2008-ci ildə Ukayna təmsilçisi Ani Lorakın komandası ilə birgə çıxış etmişdi. Həmin vaxt onlar müsabiqədə 2-ci yerə çıxmışdılar. Fərid Məmmədovun "Hold me" mahnısının rejissoru xoreoqrafı yunanıstanlı Fokas Yevanqelinos olacaq. O, Filipp Kirkorovun yaxın dostudur və dəfələrlə müxtəlif ölkələrin komandalarını müsabiqələrdə yüksək yerlər əldə etməsinə gətirib çıxarıb.

Dima Bilanın "Eurovision"da qalib edən çıxışını - royaldan rəqs edən balerinanın çıxması da məhz onun ideyası olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31