Orqanizmi bu pəhrizlə təmizləyin

Madonnanın formada qalmasının sirri

Dünya şöhrətli Madonna yeyib-içdiyinə çox diqqətlə yanaşan məşhurlardandır. Məhz buna görə də onu həmişə formada görmək mümkündür. ANS PRESS-in məlumatına görə, Madonna dəfələrlə restoranlarda yemək yemədiyini deyib. Buna səbəb isə oradakaı qidaların məişəyini bilməməsidir. 54 yaşlı pop-diva sağlam ev yeməkləri ilə qidalanmağa üstünlük verir. Ayda bəzi günləri isə orqanizmi ziyanlı maddələrdən təmizləməyə ayırır.

ANS PRESS müğənninin orqanizmi təmizləmək - detoks üçün bir günlük qida menyusunu oxucularına təqdim edir.

Səhər yeməyi - suda sıyıq
İkinci yemək - meyvələr və su
Nahar - tünd rəngli düyü ilə tərəvəzlər
Şam - şorba

Orqanizmin istirahət günlərində isə o, ət və süd məhsullarından, yumurtadan imtina edir. Müğənnin qadağan edilənlər siyahısına şirniyyat, kofein, duz da daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31