Aygünün duet ortağının Avropa turnesinin vaxtı bəlli oldu
13 May 2013 12:33 MədəniyyətBu haqda Xalq artisti Aygün Kazımovanın mətbuat xidmətindən "OLAYLAR"a məlumat verilib. Azərbaycanın xalq artisti Aygün Kazımova ilə Grammy mükafatına namizəd göstərilmiş məşhur amerikalı repçi Snop Dogun (Snoop Dogg) Avropa turnesinin başlanma vaxtı məlum oldu. Beləliklə, turne iyulun 7-də, İstanbulda, Beşiktaş İnönü stadionunda start götürəcək və ulduzların birgə dueti də ilk dəfə məhz orada səslənəcək. Turnenin İstanbuldan start götürməsi də təsadüfi deyil. Müsəlman bir xanımla duet oxumağa qərar verən məşhur repçi təqdimata da məhz müsəlman dövlətindən başlamaq qərarına gəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31