“Miss Azərbaycan 2013" bəyənilmədi!
Fidan Məmmədovanın qalib seçilməsi narazılıqla qarşılandı
13 May 2013 09:15 MədəniyyətFidan Məmmədovanın "Miss Azerbaijan 2013" seçilməsi qalmaqala səbəb olub. ANS PRESS-in məlumatına görə, 16 gənc qızın qatıldığı yarışmada Fidan Məmmədovanın qalib elan edilməsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Fidanın "Miss Azərbaycan" olması ilə razılaşmayanlar öz narazılıqlarını yazdıqları şərhlərdə kəskin şəkildə bildirirlər.
04:10:00
Ötən gün keçirilən "Miss Azerbaijan 2013" gözəllik yarışmasının final gecəsində qalmaqal baş verib. Axşam.az-ın məlumatına görə, müsabiqənin qalibi Fidan Məmmədovanın birinci olması narazıçılıqla qarşılanıb.
Belə ki, Fidanın birinciliyi elan edilən zaman digər finalçı Sevinc Kərimova diplomunu yerə çırparaq səhnəni tərk edib. Heç bir nominasiyada qalib gəlməyən digər namizədlər də etiraz əlaməti olaraq eyni cür addım atıb.
Gərgin anların yaşandığı gecədə münsiflər heyəti də öz narazıçılığını bildirib.
Modelyer Leyla Əhmədova onlara qarşı hörmətsizlik edildiyini deyib: "Biz burada mükafat alan xanımların heç birinə səs verməmişik. Onlar bu ada layiq deyil. Əslində qalib tamam başqa bir iştirakçı olmalı idi. Münsiflər heyətinə qarşı çox hörmətsizlik edildi. Biz gəlmişdik ki, layiq olanları seçək. Amma bizim fikirlərimizə, səslərimizə önəm verilmədi".
Xalq artisti İlhamə Quliyeva isə səhnədə göz yaşını saxlaya bilməyən finalçılara təskinlik verməyə çalışıb: "Bu gecə kiminsə şansı gətirməli idi. Ağlamaq lazım deyil. Qalib Fidan oldu, onu təbrik edirəm".