Elnarə sözü Məleykəyə atdı? VIDEO

Şuşanın işğalı günü müğənni Elnarə proqram aparıcısı olduğu verilişdə qonağı, Xalq artisti Məleykə Əsədovaya "özünüzü necə hiss edirsiniz?" sualını verərkən qarşı tərəfin ölkənin bayram əhval-ruhiyyəsində olmasını söyləməsi birmənalı qarşılanmayıb. Daha sonra "Facebook" səhifəsi vasitəsi ilə "Sizcə ifaçılarımızın, yəni müğənnilərin vətənpərvərliyi nə ilə ölçülməlidi?" sualına cavab tapmağa çalışan Elnarənin bu statusu məhz qonağının Şuşanın işğalı günündə səsləndirdiyi fikirlərdən sonra paylaşması maraq çəkib. Görəsən Elnarə həqiqətənmi sözü Xalq artisti Məlyekə Əsədovaya atıb?

Şuşanın işğalı günündə müğənninin paylaşdığı statusu bir daha sizə olduğu kimi təqdi edirik: "Allah bütün şəhidlərimizə rəhmət etsin, amin. Sizcə ifaçılarımızın,yəni müğənnilərin vətənpərvərliyi nə ilə ölçülməlidi? İfa etdikləri növbətçi vətənpərvərlik mövzusunda yazılan mahnıların pafoslu və psevdo-patriot mətnləri ilə, yoxsa cəbhə bölgələrinə, məsələn, Ağdama, Füzuliyə, Murova əsgəri görməyə getməyi ilə? Gəlin sorğu kecirək, burda,yəni fb-də kifayət qədər müğənni var. Əslində yazdıqlarımızı jurnalist dostlarımız da görür. Köşə yazarları üçün əla materialdır. Sorğu keçirin, görün,fəxri adı olan məşhurlar arasında kimlər neçə dəfə cəbhə bölgəsində olub? Hormətl, L-nara...".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31