Məhşur aktyorun qardaşı heyvanlar üçün otel açır

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğun böyük qardaşı Cem Tatlıtuğ Zoo Motel (Heyvan oteli) açır. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ötən günlərdə Şişlidəki binada bəslədiyi itlər üzündən qonşularının qəzəbinə tuş gələn C.Tatlıtuğ layihəsini Beykozda aldığı ərazidə reaallaşdıracaq: "Yüksək standartlara cavab verən otel olacaq. İnsanlara sərf edən qiymətlərə xidmət göstərəcəyik. Qardaşım Kıvanç Tatlıtuğ da bu məsələdə mənə dəstəkdir".

Nəzərinizə çatdıraq ki, Cem Tatlıtuğun bina evində saxladığı itlərinin həddən artıq səs-küy salması qonşuları tərəfindən polisə şikayət edilməsinə səbəb olmuşdu. Polis idarəsində izahatı alındıqdan sonra sərbəst buraxılan C.Tatlıtuğ, ağlında olan layihəsini gerçəkləşdirməyə qərar verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31