PSY-dan daha bir ilk
Koreyalı reper Harvard Universitetində qeydsiz çıxış edən ilk adam olub
10 May 2013 20:24 Mədəniyyət"Gangnam Style" mahnısı ilə dünya şöhrəti qazanan cənubi koreyalı reper PSY ABŞ-da Harvard Universitetində çıxış edib. PSY nüfuzlu universitetdə təşkil olunan və İkinci Dünya Müharibəsində həyatını itirənlərin xatirəsinə həsr olunmuş tədbirdə iştirak edib. Yüzlərlə pərəstişkarı və tələbələr qarşısında çıxış edən PSY məktəb illərindən danışıb. "Mən uşaq vaxtı 4 il Bostonda təhsil almışam, həmin vaxtlar mənə "İkinci Dünya Müharibəsi" ləqəbini vermişdilər", - deyə PSY bildirib. Qeyd edək ki, reper PSY Harvard Univeristetində qeyd kağızı olmadan çıxış edən ilk adam olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31