"Muhteşem yüzyıl"ın Hürrəmi: "Kimsə bizə pul vermir!"

Milli.Az AHT-yə istinadən bildirir ki, İnstagram fotoservisindəki profilində yaydığı fotoların əksəriyyətinin "Çox pul qazanırsan" kəlmələrilə şərh olunması aktrisanın əsəblərini tarıma çəkib.
Aktrisa profilində yazıb: "Burada yazırlar ki, çox pul qazanıram, ona görə də özümü hamıdan yüksək tuturam. Mən zəngin deyiləm, pullu deyiləm. Teleserialımız dünyanın neçə ölkəsində göstərilir, amma həmin ölkələr üçün pul almırıq. Kimsə bizə pul vermir. Və yalanlara inanmayın. Kasıb ola bilərəm, amma könlüm zəngindir".
"Muhteşem yüzyıl"ın ilk dönəmində hər seriya üçün 4 min lirə qonorar alan Meryem Üzerlinin qonorarı indi seriya üçün 20 min lirəyə çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31