Tunardan yeni xəbər var
10 May 2013 12:35 MədəniyyətXəbər verdiyimiz kimi, müğənni Tunar Rəhmanoğlu həbs olunmuşdu. Hazırda sənətçinin harada olması ilə maraqlandıq. Bu haqda SİA-ya ifaçının prodüsseri Zaur məlumat verdi: "4 may tarixində olan hadisəyə görə, Tunara 10 sutka həbs cəzası vermişdilər. Hazırda müğənni saxlanılmaqda davam edilir. Hələ bu gündən sonra da 6 gün içəridə olacaq".
Qeyd edək ki, Tunar Rəhmanoğlu may ayının 4-də yol polisinin keçirdiyi reyd zamanı saxlanılıb. Polisin qanuni tələbinə məhəl qoymayan müğənni idarə etdiyi avtomobilin sənədlərini inspektora təqdim etməkdən imtina etdiyinə görə, yol polisi əməkdaşları ilə Tunar Rəhmanoğlu arasında insident yaşanıb. Daha sonra T.Rəhmanoğlu yol polisinə müqavimət göstərib. Hadisə yerinə gələn Post Patrul Xidməti əməkdaşları T.Rəhmanoğlunu saxlayaraq barəsində inzibati tədbir görülməsi üçün məhkəməyə apararaq haqqında 10 sutka həbsə və 1 il müddətinə sürücülük hüququndan da məhrum edib.