Enrique İqlesias toya hazırlaşır

Dünyaca məşhur müğənni Enrique İqlesias evlilik tarixini açıqlayıb

"OLAYLAR"ın Türkiyə mətbuatına istinafən verdiyi məlumata görə, bu haqda məlumat verən müğənni toyunun gələn həftə olacağını söyləyib. Miamidə gələn həftə Anna Korunkiva ilə münasibətlərini rəsmiləşdirəcək məşhur ifaçı bu xoş mərasimə bir çox məşhurları, həmçinin Jennifer Lopes və David-Viktoria Beckham cütlüyünü də dəvət edib. Müğənni bu haqda daha geniş məlumatı "The Sun" qəzetinə açıqlamasında verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31