Əbülfəz Qarayev Gürcüstanda səfərdədir

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gürcüstanda səfərdədir. Nazir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Gürcüstanda təşkil olunan bir sıra tədbirlərdə iştirak edəcək. Səfər proqramına paytaxt Tbilisidə Ulu Öndərin adını daşıyan parkın, sahil bağında Heydər Əliyev memorialının ziyarət olunması, Gürcüstan Mədəniyyət Nazirliyində görüş, Rustavi şəhərində Heydər Əliyev parkının açılışı daxildir. 
Bundan əlavə, mədəniyyət və turizm naziri Tbilisinin Botanika bağında Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin məzarını ziyarət edəcək, böyük ədibin ev-muzeyinin təmir-bərpadan sonra açılışında iştirak edəcək. ("OLAYLAR"İA) 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31