İranda “Tatlısəs” peyda oldu
İbrahim Tatlısəs İranda onun üslubunda oxuyan müğənni ilə görüşüb
8 May 2013 17:13 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, imperator sənətçi İbrahim Tatlısəs ötən gün azərbaycanlı iş adamı Rza Zərrab və onun həyat yoldaşı Ebru Gündeşlə birgə Səccad Mehmedi dinləyib. İfasını çox bəyəndiyini söyləyən Tatlısəsin gənc ifaçını özünə vəliəhd seçəcəyi də maraq doğurur. Ebru Gündeş, Rza Zərrabla Səccad Mehmedi dinləyən Tatlısəs göz yaşlarına da hakim ola bilməyib. Azərbaycanlı iş adamı və həyat yoldaşı daha sonra İranda yaşayan ifaçını dost şənliyinə də aparıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31