“AIDA” Operası Azərbaycan, Belarus və Gürcüstan opera ulduzlarının ifasında
Mayın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində C.Verdinin “Aida” operasının tamaşası keçiriləcək
8 May 2013 16:15 MədəniyyətAzərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətindən "OLAYLAR"a verilən məlumata görə, tamaşada azərbaycanlı opera sənətçiləri ilə yanaşı, Belorus və Gürcüstandan dəvət olunmuş vokal ulduzları da çıxış edəcək. Belə ki, Aida rolunda Belorus Akademik Böyük Opera və Balet Teatrının və Rusiya Akademik Böyük Teatrının solisti, Belorusun Əməkdar Artisti, vokalçıların A.Dvorjek (Çexiya, 1999), M.Şnayder-Trnavski (Slovakiya, 2000) adına və İ.Alçevski (Ukrayna, 2001) beynəlxalq müsabiqələrinin laureatı Anastasiya Moskvina çıxış edəcək. A.Moskvina dünyanın bir çox ölkələrində - Tailand, Almaniya, Macarıstan, Şotlandiya, İspaniya, Niderland, İtaliya və Fransada qastrol səfərlərində olub. Radames rolunu isə Gürcüstanın Xalq Artisti, Dövlət mükafatı laureatı, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, professor Teymuraz Ququşvili, Amonasro partiyasını isə Gürcüstanın Əməkdar Artisti, vokalçıların Bülbül adına müsabiqəsinin laureatı Sulxan Qvelesiani ifa edəcək. Tamaşada həmçinin Azərbaycan opera sənətçiləri -, Xalq Artisti Əli Əsgərov, Əməkdar Artistlər Səbinə Vahabzadə, Gülnaz İsmayılova, aparıcı solist Anton Ferştandt və b. çıxış edəcək.