Özcan Dəniz qarət olundu
8 May 2013 15:51 MədəniyyətTürkiyənin ən məşhur müğənnilərindən biri Özcan Dəniz quldur hücumuna məruz qalıb. Onun avtomobilinin şüşəsini sındıran şəxs salondakı planşet kompüter, fotokamera, günəş eynəyi və çantanı aparıb. Milli.Az AHT-yə istinadən bildirir ki, hadisə müğənninin babası İhsan Aksoy və nənəsi Fadile Aksoyun məzarlarına baş çəkmək üçün getdiyi Aydın şəhərində baş verib. Özcan Dəniz şəhərin Osman Yozqatlı məhəlləsindəki Tellidede qəbristanlığına yollanıb və orada yarım saat qalıb.
Oğurluq da həmin vaxt baş verib. Polisə şikayətlənən müğənninin dediyinə görə, onun maşınından 6 min lirə məbləğində oğurluq olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31