“Bəzi ərlər əsəbləşəndə qadınlarına fahişə deyirlər”

Müğənni Rövşən Civişov Təranə Qumral-Musa Musayev qalmaqalı və şou-biznesin bugünki durumu haqda “OLAYLAR”a köşə yazısı tədim etdi

Təranə və Musa qalmaqalı haqda mediada çoxsaylı xəbərlər yayıldı. Əslində bu cür söz-söhbətlər olmamalı idi. Lənət şeytana, olduqdan sonra nə deyə bilərik ki?! Allah köməkləri olsun. Belə şeylərə görə onlara nifrət etmək lazım deyil. Öz işləridir, özləri bilər. Mənə nə? Bizimkilərin əksəriyyəti, həmçinin jurnalistlər baş verən olaylardan sonra onları çox sıxışdırdı. Niyə indiyədək onların oxuduqları o gözəl ifalar haqda, xalqın sevimlisi olduqları üçün nəsə yazılmayıb? Hər zaman bu cür nüansları kənarda qoyaraq mənfi tərəfləri işıqlandırıblar. "Etiraf" verilişində də aparıcı İlham Mirzəyevin Musa Musayevə qarşı kəskin danışığından çox məyus oldum. İlham Mirzəyevə hörmətim böyükdür. O, Musanın səhv olduğunu deyir. Mən də bir çoxları kimi bu amillə razıyam. Gərək ki, belə etməzdi. Amma bir aparıcının "sənin dilini kəsmək, başına kərpic vurmaq lazımdır" ifadələrini qarşısındakı sənətkara deməsi düzgün səslənmir. Ən azından ona görə ki, Musa Musayev ömrünü bu sənətə qoyub. Musanın ağlayaraq üzr istəməsi də düzgün addım deyildi. Ağlamaq Musanın acizliyini göstərə bilər. Mənim hər ikisinə hörmətim var. Bu onların ailə məsələləridir. Özləri bilər nə edər. Yıxılana balta vurmaq lazım deyil. Hər insanın həyatında səhvlər olur. Bu da onların kiçicik bir səhvidir. Əslinə qaldıqda isə cu cür anoloji hadisələr ölkəmizdə kifayət qədər baş verir. Bir çox insanların da həyatında bu cür hadisələr baş verir. Sadəcə onlar göz önündədir deyə, daha çox müzakirə obyektinə çevrilirlər. Bəzi jurnalistlər və aparıcılar onlar haqda alçaldıcı fikirlər səsləndirirdilər. Burda elə də böyük şey yoxdur. Sadəcə tərəflər əsəbləşdiyi üçün belə addım atmalı olublar. Bəzi ərlər əsəbləşəndə qadınlarına fahişə deyirlər. Onlara can sağlığı və uğurlar arzulayıram.

Ümumiyyətlə şou-biznes sahəsindəki durum da qənaətbəxş deyil. Bizim şou-biznes 20 %dən ibarətdir ki, bunun  da əsasını toy proqramları təşkil edir. Digər ölkələrdə olduğu kimi bizdə də disklərin satılaraq müğənnillər arasında böyük rəqabət yaratmasını istəyərdik. Bu sahədə bir çox ölkələrdən geridə qalmışıq. Təkcə qardaş Türkiyənin şou-biznesinə çatmaq üçün bizə azı 30 il lazım olacaq. Bizim şou-biznesdə çirkli rəqabət gedir. Röya, Rəhim və Niyamın dostluğunu bəyənirəm. Üçü də mənə əzizdir. Təki bir çoxları da onlara baxıb ibrət götürsün. Nə qədər ki, efirlərdə gic-gic, savadsız, səviyyəsiz, səssiz, təhsilsiz biriləri yer alacaqsa, şou-biznesimizin də səviyyəsi belə olacaq. Efirlər daha çox səssiz, istedadsız müğənnilərə üstünlük verir, əsl istedadlar isə kənarda qalır. Bəzi efirlər istəyir ki, biz də digərləri kimi onlara pul ödəyərək yayıma çıxaq. Amma unutmasınlar ki, hər kəs Azərbaycan vətəndaşıdır. Sənəti olan ifaçını yayıma dəvət etmək isə telekanalların borcudur. Bunun üçün gərək qəlblərində Allah xofu olsun.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31