Flora və Nadir ikinci dəfə bunu edəcəklər... VIDEO
Duet ortaqları gələn həftə çəkilişlərə başlayırlar
8 May 2013 13:55 MədəniyyətXalq artisti Flora Kərimova və müğənni Nadir Qafarzadə keçən il yazdırdıqları "Dözmür ürək" duetlərinə klip çəkdirəcəklər. ANS PRESS-in məlumatına görə, əslində sənətçilər bu klipin çəkməyə hələ yanvar ayında qərar vermişdilər. Lakin müəyyən səbəblərdən klipin çəkilişləri gecikirdi. Artıq duet ortaqları çəkilişə başlamaq üçün konkret tarix müəyyən ediblər. "Dözmür ürək" klipinin çəkilişlərinə bir həftədən sonra, mayın 16-da start veriləcək.
Qeyd edək ki, "Dözmür ürək" klipi Nadir Qafarzadənin Flora Kərimova ilə ikinci ekran işi olacaq. Duet ortaqları 7 il əvvəl "Darıxmışam" mahnısını akranlaşdırmışdılar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31