“Aygünə vəfa borcum var” videosu Brilliant Dadaşovanı yenidən dilə gətirdi VIDEO

Bu dəfə müğənnin əsəbləşdirən isə bir zamanlar “Gözəllik dünyanı xilas edəcək” adlı proqramın aparıcılığını müvəqqəti də olsa Aygün Kazımovaya həvalə etməsi haqda canlı efirdə səsləndirdiyi fikirlərin gündəmə gətirilməsi olub

"OLAYLAR"ın verdiyi məlumata görə, Xalq artisti bu haqda məlumatı özünün "Facebook"dakı rəsmi səhifəsində yerləşdirib. Müğənni səhifəsini oxuyanlara ünvanladığı mesajda bəzi şəxslər tərəfindən Türkiyədə heç nəyə nail olmadığının söylənilməsinə əsəbləşərək heç nəyə nail olmadığı halda necə bu ölkənin YUNESCO-dakı millət vəkili Zülfi Livaneli tərəfindən onun musiqisini ifa etmək üçün Ankara və İstanbul stadionlarında konsert vermək üçün dəvət almasını qeyd edir. Xalq artisti Brilliant Dadaşova daha sonra məhz bu səfərlə əlaqədar bir zamanlar aparıcısı olduğu "Gözəllik dünyanı xilas edəcək" proqramına o, ölkədə olmadığı müddətdə müvəqqəti aparıcılıq edən Aygün Kazımovaya canlı yayımda minnətdarlıq etməsi haqda yayılan videoda sadəcə qarşı tərəfə bunun müqabilində mədəniyyətinə uyğun şəkildə təşəkkür etdiyini deyib. Müğənni bu videonun məhz həmin mövzu iləə əlaqədar gündəmdə qalmaq istəyənlərin "kislarod"una çevrildiyini də qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31