Gülyaz Teymur Əmrahın ona elçi düşməsindən danışdı

"Teymur bizim evə gələndə toy-bayram olur"

Əməkdar artist Gülyaz Məmmədova həmkarı Teymur Əmrahın ona elçi düşməsi ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib. ANS PRESS-in məlumatına görə, xanım ifaçı strategiya.az saytına müsahibəsində belə bir təklifin olduğunu inkar etməyib: "Teymur Əmrahla yaşıdıq, bir yerdə oxumuşuq, teatrda da bir yerdə işləmişik. O, bir müddət konservatoriyada işlədiyinə görə, Mahnı teatrından uzaqlaşmışdı. Onun özü verilişlərin birində demişdi ki, Gülyazı sevirəm. Pis fikir deyil ki? Elə bilmişdi ki, mən subayam. Sonra efirdə gülə-gülə dedi ki, gördüm yanında qırmızı baş oğlu var. Onda başa düşdüm ki, subay deyil. Bir neçə gün öncə yenə efirdə dedi ki, Gülyaz kimi bir xanımla evlənərəm".

Əməkdar artist əməkdaşımızın "belə bir təklif olsa qəbul edərdinizmi" sualına belə cavab verib: "Bis bacı-qardaşıq, aramızda böyük hörmət var. O, elə bir insanla ailə qurmalıdır ki, övladı dünyaya gəlsin. Özü istəyir ki, övladı olsun. Teymur bizim evə gələndə toy-bayram olur. Hətta özü mənə deyib ki, yaxşı bir qız məsləhət gör. Gülərək dedim ki, elə şeylər əlimdən gəlmir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31