Aktyor Xudu Mürsəlov Amaliya Pənahova ilə bağlı qalmaqallı açıqlama verib

"Amaliya Pənahova bu faktı utanmadan bütün kollektiv qarşısında bildirdi"

Aktyor Xudu Mürsəlov xalq artisti Amaliya Pənahova ilə bağlı qalmaqallı açıqlama verib. ANS PRESS-in məlumatına görə, aktyor strategiya.az saytına müsahibəsində səkkiz ildir heç yerdə açıqlamadıqlarını danışıb. Aktyor indiyə kimi fəxri ad almamasında xalq artisti Amaliya Pənahovanı təqsirkar bilib: "ANS-in "Qulp" proqramı ilə əməkdaşlıq etdiyimə görə mənə fəxri ad verilmədi. Amaliya Pənahova bu faktı utanmadan bütün kollektiv qarşısında bildirdi. O ki qaldı restoranda işləməyimə, harada manqal qurulsa, ora getməyə hazıram. Lap sahibsiz itlər kimi".

İlk və son iş yeri Bakı Bələdiyyə Teatrı olduğunu deyən Mürsəlov teatrdan uzaqlaşmasının səbəblərinə aydınlıq gətirib:
"Çünki tamaşaçı alqışlarını qazana atıb qaynatmaq olmur. Teatrlardakl maaşlar çox simvolikdir. Ona görə də 2005-ci ildən teatrdan uzaqlaşmışam. Hazırda ara-sıra bəzi seriallara çəkilirəm. Məsələn "Bacanaqlar" serialının iki seriyasına çəkildim. Əsas işim isə toylarda tamadalıq etməkdir. İlin altı ayı toy olmur. Yəni iki ay məhərrəmlik, orucluq, may ayı, müəyyən hüznlü günlər və sair. Hazırda bir toydan orta gəlirim 40-60 manat olur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31