Tatlısəsin bığı ABŞ-da müzakirə olundu
Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsin bığı ABŞ-ın ən məşhur jurnallarının birində geniş müzakirəyə səbəb olub
8 May 2013 12:42 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məqalədə tük əkimi üçün bir çox avropalıların məhz Türkiyəyə müraciət etdiyi və istənilən görkəmi əldə etdikləri qeyd olunub. Daha sonra bu cür əkimlərə üstünlük verən məşhur türk müğənniləri sırasında isə ilk öncə İbrahim Tatlısəsin adı hallanıb. Məqalədən bir neçə əsas nüansları diqqətinizə çatdırırıq: "Bir çox türk həkimləti tük əkimi ilə əlaqədar problem yaşayan xəstələri xarici ölkələrdən qəbul edir. Artıq Türkiyə bu əməliyyatla dünyada ən məşhur ölkələrdən biri hesab edilir". Qeyd edək ki, məqalədə İbrahim Tatlısəslə yanaşı məşhur aktyor Kıvanç Tatlıtuğun da adı çəkilib.