Rəqsanə axtarışda olduğu ərazidən çıxdı (FOTO)

Müğənni tezliklə Azərbaycana qayıda bilər

Müğənni Rəqsanə İsmayılova Moskvanı tərk edib və artıq İstanbuldadır. ANS PRESS-in məlumatına görə, müğənni İstanbulda qızı ilə çəkdirdiyi fotoları Facebook səhifəsində paylaşıb.Qeyd edək ki, Suraxanı rayon Polis İdarəsi müğənni Rəqsanə İsmayılovanın axtarışa verildiyini bildirib. R. İsmayılova barəsində 5 nəfərin şikayət ərizəsi əsasında istintaq araşdırması başlanılıb. Bu şəxslər müxtəlif epizodlar üzrə müğənninin onların etimadından sui-istifadə edərək, aldadıldıqlarını, külli miqdarda vəsaitlərinin mənimsənildiklərini bildirirlər. Əgər müğənninin günahı sübuta yetirilsə, onu 7 ildən 12 ilədək həbs gözləyir. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb və məhkəmənin qərarı ilə axtarış elan olunub. Rəqsanə barəsində axtarışın MDB məkanında keçərli olduğu bildirilir. Yəni, müğənni Moskvadan İstanbula getməklə axtarışda olduğu ərazini tərk etmiş olub. Onun axtarışda ola-ola Moskva hava limanı vasitəsilə Rusiyanı necə tərk etdiyi məlum deyil.
Bu arada isə Rəqsanə İsmayılovanın tezliklə Bakıya gələcəyi gözlənilir. Onun iyunun 1-də Sumqayıtda keçiriləcək konsertdə iştirak edəcəyi bildirilir. Artıq Sumqayıt küçələrinə Rəqsanənin şəkli olan afişalar yapışdırılıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31