Tanınmış aktrisa vəfat etdi

Türkiyənin tanınmış aktrisası Gülserən Babur 74 yaşında dünyasını dəyişib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, dünən gecə saatlarında aktrisanın beyninə qan sızıb. Xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb. Tanınmış aktrisa xəstəxanaya çatar-çatmaz, vəfat edib.
Qeyd edək ki, aktrisa Gülserən Babur "Çöpçülər Kralı", "Şalvar Davası" və "Sultan", son illərdə isə "Çiçək Taksi" və "Eyvah Qızım böyüdü" kimi filmlərdə oynadığı rolları ilə tanınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31