"Eşidəndə, dəli oldum, həyəcandan barmağımı kəsdim..."
Müğənni Mehrim Elmira Ələkbərzadənin oxuduğu "Tənhayam" mahnısının ona aid olduğunu açıqlayıb
7 May 2013 17:24 MədəniyyətMüğənni Mehrim həmkarı Elmira Ələkbərzadəni ittiham edir. Müğənni ANS PRESS-ə müsahibəsində Elmira Ələkbərzadənin ifasında sevilən "Tənhayam" mahnısının ona aid olduğunu açıqlayıb: "İlk dəfə "Tənhayam" mahnısının sözlərini 1989-cu ildə sevgilimdən ayrılanda yazmışam. 1999-cu ildə övladım dünyaya gələndən sonra isə musiqini bəstələdim. O vaxtlar "Mir" telekanalında çalışan dostum Elcan mənə kömək elədi. Onun studiyasında mahnını oxudum".
Mehrim ilk dəfə mahnını E. Ələkbərzadənin ifasında eşidəndə, həyəcandan barmağını kəsdiyini deyib: "Mətbəxdə kartof soyurdum, televizorda öz mahnımı eşidəndə, dəli oldum, həyəcandan barmağımı kəsdim. Heç bilmirəm mahnını onun əlinə necə düşüb. Sözlərin bəzisini dəyişərək oxuyub. Özümə gələ bilmirdim. Ağlaya-ağlaya getdim evlərinə. Sevda Ələkbərzadə məni küçədə qarşılayıb kobudcasına məni oradan qovdu, ondan sonra əlim heç nəyə çatmadı".
Mehrim həmçinin Emma Ələkbərzadənin "Tənhayam" mahnısı ilə tanındığını və ondan başqa heç bir mahnısının olmadığı bildirib.