Aşıq Allahverdi Qəmkeş "Aşıq musiqisinin inciləri" layihəsində

Beynəlxalq Muğam Mərkəzi "Aşıq musiqisinin inciləri" layihəsində Kəlbəcərli Aşıq Allahverdi Qəmkeş haqqında məlumatı təqdim edib. Olaylar.az bildirir ki, Allahverdi Əli oğlu Allahverdiyev 1933-cü ildə Kəlbəcərin Şapılar kəndində dünyaya göz açıb. Atası Əli kişi ətraf bölgələrin tanınmış aşıqları ilə dostluq edirdi.

Beynəlxalq Muğam Mərkəzi "Aşıq musiqisinin inciləri" layihəsində Kəlbəcərli Aşıq Allahverdi Qəmkeş haqqında məlumatı  təqdim edib.

Olaylar.az bildirir ki, Allahverdi Əli oğlu Allahverdiyev 1933-cü ildə Kəlbəcərin Şapılar kəndində dünyaya göz açıb. Atası Əli kişi ətraf bölgələrin tanınmış aşıqları ilə dostluq edirdi. Oğluna yaxşı saz bağlatdırır, əvvəlcə onu aşıq Şəmşirin, sonra da aşıq Ələsgərin yetirməsi aşıq Ağayarın yanına şagirdliyə qoyur. Tezliklə Allahverdi Qəmkeş adı ilə tanınan aşığın sorağı Dağıstan, Gürcüstan və Orta Asiya respublikalarından gəlir. O vaxtlar Təbrizdən dəvət alsa da, gedə bilmir.

1993-cü ilin aprelində Allahverdi Qəmkeş bütün Kəlbəcərlə birgə cənnət yurd-yuvasından didərgin düşür.  2008-ci ildə çox nəfis tərtibatda, aşıq sənətinin bilicisi, filologiya elmləri namizədi Elxan Məmmədlinin ön sözü ilə "Şair-aşıq Allahverdi Qəmkeş xatirələrdə" kitab nəşr olunub.   Allahverdi Qəmkeş 2002-ci ildə vəfat etmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31