Məşhur türk aktyorun toyu oldu

Türkiyənin populyar aktyorlarından biri, "Çiçek Taksi" serialındakı rolundan sonra daha da populyarlaşmış Cengiz Küçükayvaz evlənib. Milli.Az AHT-yə istinadən bildirir ki, o, 6 ildən bəri nişanlı qaldığı Züleyha Karyağdı ilə toy edib. Pendik Argigento Pen Hotel-də, hovuz kənarında olan toyda 200 qonaq vardı. Təzə bəyin atası İbrahim Küçükayvaz toyda kövrəlib, oğlunun bəxtəvər anlarını gözüyaşlı seyr edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31