Müğənni Qədir Məmmədov canlı efirdə ağladı

"Zəng edib soruşurdular ki, Qədir hələ ölməyib?"

Müğənni Qədir Məmmədov haqqında yayılan şayiələrə üsyan edib. "ATV" telekanalında yayımlanan "Gün keçir" verilişində qonaq olan sənətçi canlı yayımda göz yaşlarını saxlaya bilməyib. "Xəstə olduğum üçün 2 ay sənətdən uzaq qaldım. Haqqımda o qədər şayiələr yayıldı ki... Zəng edib soruşurdular ki, Qədir hələ ölməyib? Bütün bunları mənim oxumağımı istəməyənlər edir. Mən artıq qayıtmışam. Səsim yerindədir, səhhətim də yaxşıdır. Efirdə görsənməyəndə, həmişə belə şayiələr yayılır".

Xatırladaq ki, Qədir Məmmədov bir müddət əvvəl mədəsindən əziyyət çəkdiyi üçün sənətdən müvvəqqəti uzaqlaşmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31