"Eurovision-2013": Azərbaycan ilk onluqda

Dünyanın nüfuzlu bukmeker şirkəti "Eurovision-2013" müsabiqəsi ilə bağlı qalib gəlmə şansı böyük olan ölkələrin əmsallarını yeniləyib. APA-nın məlumatına görə, dünyanın ən böyük bukmeker şirkəti sayılan "Uilyam Hill" kontoru (willhill.com) Azərbaycanı ilk onluğa daxil edib. Azərbaycanın qalib gəlmə şansı 25/1 olaraq qiymətləndirilib. Siyahıda Azərbaycandan qabaq Danimarka, Ukrayna, Norveç, Rusiya, Hollandiya, İtaliya, Almaniya, Gürcüstan, İsveç yer alıb. Ermənistan isə 25-ci sırada qərarlaşıb. Qeyd edək ki, Azərbaycanın təmsil edəcək Fərid Məmmədov mayın 16-da keçiriləcək ikinci yarımfinalda 4 nömrə altında çıxış edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31