Muğam Mərkəzinin yeni layihəsinin ilk buraxılışı Kəlbəcər aşıqlarına həsr olundu

Beynəlxalq Muğam Mərkəzi aşıq sənətimizi təbliğ edən yeni onlayn “Aşıq musiqimizin inciləri” adlı layihəyə start verib. Layihədə Azərbaycan aşıq sənətinin tarixi, müasir günümüzdə inkişafı, bu sənətinin görkəmli nümayəndələri haqqında məlumatlar və aşıqların həm videoarxiv həm də yeni lentə alınan ifaları yer alacaq. Olaylar.az bildirir ki, layihənin ilk buraxılışları Kəlbəcər aşıqlarına həsr olunub.

Beynəlxalq Muğam Mərkəzi aşıq sənətimizi təbliğ edən yeni onlayn "Aşıq musiqimizin inciləri" adlı layihəyə start verib. Layihədə Azərbaycan aşıq sənətinin tarixi, müasir günümüzdə inkişafı, bu sənətinin görkəmli nümayəndələri haqqında məlumatlar və aşıqların həm videoarxiv həm də yeni lentə alınan ifaları yer alacaq.  Olaylar.az bildirir ki, layihənin ilk buraxılışları Kəlbəcər aşıqlarına həsr olunub. 

Azərbaycan dövlətinin, xüsusilə YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Birinci vitse prezident Mehriban xanım Əliyevanın aşıq sənətinin qorunması, inkişafı və təbliği istiqamətində fəaliyyəti nəticəsində 28 sentyabr - 2 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi şəhərində YUNESKO-nun Qeyri maddi-mədəni irsin qorunması üzrə Komitəsinin 4-cü sessiyasında YUNESKO-nun Hökumətlərarası Komitəsinin yekun qərarına əsasən Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.

BMM öz fəaliyyətində aşıq sənətini təbliğ edən çoxsaylı layihələr həyata keçirir. Bu layihələr sırasında "Aşıq musiqisi axşamları" adlı silsilə konsertləri, aşıq sənətinə həsr olunan dəyirmi masa və müzakirələri qeyd etmək olar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31