25 min türk lirəsində olan motosikleti ilə avtoşluq etdi
Yaraşıqlı aktyor-maneken Kıvanç Tatlıtuğ 25 min türk lirəsi dəyərində aldığı motosikleti ilə hər kəsə şou göstərib
6 May 2013 19:30 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ötən gün Türkiyənin müxtəlif istirahət məkanlarına baş çəkən aktyorun motosikletlə etdiyi manevrlər hər kəs tərəfindən maraqla qarşılanıb. Etdiyi manevrlərlə bir daha işinin peşəkarı olduğunu sübut edən aktyor yol qaydalarına da məhəl qoymaqla diqqət çəkib. Lakin o bu istirahətin keyfini o qədər də çox dada bilməyib. Ətrafdakı jurnalistlər həmişəki kimi yenə də Kıvançın istirahət keyfini pozub. Müxbirləri görər-görməz gözdən itən aktyor beləcə motosikletlə səfərini tamamlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31