İlhamə Quliyevanın Nazpəri Dostəliyeva ilə bağlı iddia ərizəsi hakimdədir
6 May 2013 18:03 MədəniyyətBu barədə Xalq artisti İlhamə Quliyevanın vəkili Şəfiqə Nağıyeva "OLAYLAR"a verdiyi açıqlamasında deyib. Bir müddət öncə yaxın günlərdə tərəflər arasında məhkəmənin keçiriləcəyi günün dəqiqləşəcəyini deyən vəkil məhkəmə gününün indiyədək təyin edilməməsi haqda danışıb: "İki-üç günə məhkəmənin keçirilmə tarixi dəqiqləşəcək. İş hələ ki, hakim Emin Mehdiyevdədir. Hər bir şey məhkəmənin qayda-qanunlarına uyğun formada aparılır. Öncə ərizə təqdim olunmalı, daha sonra məhkəmə ərizəyə baxaraq müvafiq gün təyin etməlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31