Türk serial ulduzu 2 dəfə bahalaşdı

Tanınmış türk aktrisa Gökçe Bahadır baş rolunda oynadığı "Kayıp Şehir" serialı başa çatandan sonra məcburi fasilədə idi. İndisə o, yeni təklif alıb. Milli.Az AHT-yə istinadən bildirir ki, baş rollarda Uğur Yücel, Binnur Kaya və Caner Cindorukun çəkiləcəyi yeni seriala G.Bahadır da dəvət olunub. ABŞ-da çəkilən məşhur "The Sopranos" serialının türk versiyası olan serialın hər seriyasına görə Bahadıra 40 min lirə veriləcək. "Kayıp Şehir"də isə hər seriyaya görə Gökçe Bahadır 20 min lirə qonorar alırdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31