Şok iddia: "Maykl Ceksonun uşaqlarının atası mənəm" - FOTO

"Maykl Cekson mənim yaxın dostum idi. Mən onun övladlarının üçünün də xaç atasıyam. Lakin indi illərlə gizlədiyim sirri deyirəm. O uşaqların xaç atası olmaqla yanaşı, həm də əsl atalarıyam. Uşaqlar razılıq versələr, onlardan DNT nümunələri götürərək yoxlamaq da olar. Baxın, qızım Herriet sanki Peris Ceksonun əkiz bacısıdır". Uşaqlıq illərində oynadığı rollarla məşhurlaşan, indisə İngiltərənin Qolsterşir qraflığındakı Çeltenhem şəhərində osteopat işləyən Mark Lesterin sözlərinə görə, düny a pop-musiqisinin kralı Maykl Ceksonun uşaqlarının donor atasıdır. Maykl Ceksonun uşaqlarının üçü də süni mayalanma nəticəsində doğulub.
Milli.Az Daily Mirror-a istinadən bildirir ki, 54 yaşlı Mark Lester mərhum müğənninin övladları - 16 yaşlı Maykl, 15 yaşlı Peris və 11 yaşlı Blenketi çox sevdiyini deyib. 2009-cu ildə Maykl Ceksonun dəfn mərasimində son dəfə övladları ilə görüşdüyünü deyən Mark Lester onları evinə çağırıb: "Mən buradayam, İngiltərədəyəm. Yanıma gəlin, qayğınıza qalaram". Onun sözlərinə görə, 1990-cı ilin əvvəllərində Maykl Cekson süni mayalanmadan bəhs etməyə başlayıb: "Uşaqlarımın olmasını istəyirəm. Süni mayalanma barədə fikirləşirəm. Donor atalığa razılaşarsan?" Lester də razılaşdığını deyir. Daha sonra o, Maykl Ceksonla birlikdə Londondakı Harli-Strit küçəsində yerləşən klinikaya gediblər. "Maykla dünyada milyonlarla insan pərəstiş edirdi. Lakin onu tanıyan az adam vardı. Mən də həmin bəxtəvərlərdən biriyəm. Makyl hər dəfə Britaniyaya gələndə 6 uşağımla birlikdə onun yanına gedərdik". Maykl Ceksonun övladlarının anası tibb bacısı Debbi Roudur. O, mərhum müğənninin iki övladını 1997 və 1998-ci illərdə süni mayalanma yolu ilə dünyaya gətirib. Maykl Cekson 1996-cı ildə evləndiyi Rounu 1999-cu ildə boşayıb. 4 övladı olan Mark Lester mərhum müğənni ilə 30 il dost olduğunu deyib. "Birləşmiş Ştatlara gedəndə həmişə Berkşirdəki Cliveden House-da kottecdə qalırdıq. Sanki böyük ailə idik. Ceksonun uşaqlarının atası olduğumu bilirdim, amma bu barədə danışmamağa üstünlük verirdim", - Lester söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31