Facebook-da ən populyar sənətçilər - REYTİNQ
7 May 2013 03:43 MədəniyyətDünyanın nüfuzlu konsaltinq və monitorinq servislərindən olan SocialBakers Facebook sosial şəbəkəsində ən çox üzvə malik səhifələri olan müğənni və qrupların yeni reytinqini açıqlayıb.
Milli.Az bildirir ki, ötən ilədək şəksiz lider sayılan Ledi Qaqa geriləyib. O, Facebook-dakı rəsmi səhifəsində 53272011 üzv ilə 5-ci pillədədir.
Reytinqin lideri isə 70424887 nəfərlik səhifəyə malik amerikalı müğənni Riannadır.
Dünyaca məşhur reper Eminemin Facebook-dakı rəsmi səhifəsinin 69994263 üzvü var.
Reytinqin ilk onluğunu təqdim edirik:
1. Rihanna 70424887
2. Eminem 69994263
3. Shakira 64402001
4. Michael Jackson 58856669
5. Lady Gaga 57073431
6. Katy Perry 53272011
7. Justin Bieber 53168802
8. Linkin Park 52737285
9. AKON 47174157
10. Beyonce 46808724