Şok: türk serial ulduzu öldürüldü
6 May 2013 20:04 MədəniyyətTürkiyənin gənc, amma tanınmış aktyor və modeli Halit Arslan qətlə yetirilib. Milli.Az AHT-yə istinadən bildirir ki, hadisə İstanbulun Esenyurt səmtində baş verib. Halit Arslan və sevgilisi yaşadıqları binaya daxil olaraq liftə miniblər. Liftdə onlar qonşuluqda yaşayan kişi ilə qarşılaşıblar. Həmin qonşu kişi Arslanın sevgilisinə sataşıb, dava qopub. Ertəsi gün qonşu kişi ümumi tanışın vasitəsilə Halit Arslana "Görüşüb üzr istəmək istəyirəm" mesajı yollayıb və görüş üçün yer təklif edib. Aktyor dostlarından biri ilə həmin yerə gedəndə 9 nəfərin hücumuna məruz qalıb. Dava əsnasında Arslanın dostu araya girərək vuruşanları sakitləşdirmək istəyib.
Lakin qonşunun adamları Halit Arslanı 4, onun dostunu isə 6 yerindən bıçaqlayaraq qaçıblar.
Halit Arslan xəstəxanaya aparılıb, reanimasiya bölməsində keçinib.