Kenan Doğulu evlənir

Türkiyənin məhşur müğənnisi Kənan Doğulu media mənsublarına maraqlı açıqlama verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, jurnalistlər sənətçiyə "Sevgiliniz Beren Saati qısqanırmısınız"-sualına fərqli cavab verib: "Beren Avropanın ən yaxşı aktrisasıdır. Mən onunla fəxr edirəm. Sevinirəm ki, bir çox xasiyyətlərimiz də üst-üstə düşür. Heç birimiz gecə həyatını bəyənmirik. Ancaq harasa çağırırlarsa, o zaman məcburən gedirik. Boş vaxtlarımızı isə birlikdə evdə keçirməyi daha çox xoşlayırıq". Qeyd edək ki, müğənni Kənan Doğlu, sevgilisi aktrisa Beren Saatlə yaxın vaxtlarda evələnəcəyini də bildirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31