Türk serial ulduzundan şok ittiham: "Özcan Dəniz yalançıdır"
6 May 2013 13:25 MədəniyyətTürkiyənin populyar "Öyle Bir Geçer Zaman Ki" serialında Karolin rolunu oynayan və məşhurlaşan aktrisa Vilma Elles tanınmış türk müğənni Özcan Dənizi rüsvay edib.Milli.Az AHT-yə istinadən bildirir ki, Özcan Dəniz bir qədər əvvəl demişdi: "Vilma Elles mənə zəng vurub "Filmində oynamaq istəyirəm" dedi. Tanınmamış aktrisa olduğu üçün razılıq vermədim". Alman aktrisa bu iddianı yalanlayıb.
"Əslində, Özcan Dəniz mənə filmində çəkilməyi təklif etdi. Onu tanımırdım. Kərəm Gögüş mənə onun yaxşı sənətçi olduğunu dedi. Fəqət, Dənizin filmi üçün vaxtım yoxdu. İndi onun dediklərini eşidəndə şoka düşdüm. Özcan Dəniz böyük yalançıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31