"Orada Musa yazmışdı ki, mən küçədə qalmışam, gəl məni apar"

Musa Musayevin qardaşı: "Musayevlər ailəsi Təranədən heç bir vaxt üzr istəməyəcək"

Müğənni Musa Musayevlə ilə Təranə Qumral "dastanı" məhkəmədə bitəcək. Təranə xanım bütün bu olaylarda Musayevlər ailəsini ittihamlayır. O, Musayevlər ailəsi ilə mətbuat nümayəndələri qarşısında şərt qoyub. Bildirib ki, hər iki tərəf ondan yazılı sürətdə üzr istəməsə məhkəmədə cavab verəcəklər.Musa Musayevin qardaşı Əli Musayev  bildirdi ki, Təranə Qumral kimi qadından üzr istəmək Musayevlərə yaraşmaz: "Nə? Üzr istəmək? Kimdən? Musayevlər ailəsi Təranədən heç bir vaxt üzr istəməyəcək. Bu, Musayevlərə baş ucalığı gətirməz. Hara verir versin. Mənim əlimdə əsasım var. Birinci onlar başlayıb. Polis bölməsində Musanın izahatı var. Orada Musa yazıb ki, "mən küçədə qalmışam, gəl məni apar".Maraqlananda ki, nə baş verib, Musa dedi ki, "Təranəni döymüşəm, söymüşəm və evdən çıxmışam". Mən də gedib onu götürüb gəlmişəm. Hansı qardaş qardaşını küçədə qoyar? Əgər onun tələbi üzr istəməksə, biz buna getməyəcəyik. O, bizə yaraşmaz. Əgər istəyirsə versin məhkəməyə, görək bu olayda udan kim olacaq, uduzan kim".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31