Hind kinosunun ad günüdür

Musiqili hind filmləri ilə dünyaya səs salmış Bollivud kino sənayesi bu günlərdə 100 illiyini qeyd edir.Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, Bollivud özünün romantik, ekstravaqant filmləri ilə təkcə Hindistanda deyil,  dünyanın bir çox ölkəsində də tanınır.  Amma onun əsas missiyası kinosevər hindistanlıların təlabatını ödəməkdir.
1913-cü ildə hind əsatirindən kral Raca Harişandra haqda ağ-qara filmi ekrana çıxdıqdan bəri Bollivud uzun yol qət edib.

Şirin mahnılar və rəqs nömrələri ilə kinosevərlərin qəlbində yer almış filmləri ilə Bollivud Hindistanın ən dominant film sənayesidir.

Hər il Hindistan 1000-dən artıq film istehsal edir və ölkədə 3 milyard kino bileti satılır.

Sovet dönəmində siyasi senzura ucbatından Azərbaycanda xarici filmlər arasında  əsasən hind filmləri geniş yayılmışdı. 1980-ci illərin "Disko Rəqqası", "Qığılcım", "Əlibaba və Qırx Quldur" və "Əbədi Məhəbbət Nağılı" kimi filmlərindən olan musiqi parçaları hələ də Azərbaycanda bir çoxları tərəfindən sevə-sevə dinlənilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31