Üzü Günəşə

Aşıq Azərin doğum gününə

Həmid Ormanlı

Sağ olsun Ehtiramı. Olsun ki, ondan eşitdim Azər Xanlaroğlunun otuzu haxladığını. Elə bu münasibətlə 5-3 cümlə söz yazmaq qərarına gəldim. İşdi şayət yaza bilsəm. Bu bir faktdır ki, Azər Azərbaycan solo saz ifaçılığına bir hadisə kimi daxil oldu. Xeyli maraqlı tapıntılar gətirdi. Bu gün də axtarışdadır.... Bütün bunlar olduqca ciddi məqamlardır. Azər bu tapıntılarla özünə dönən TÜRKÜN ürəyinə yeriyir. Etiraf edək ki, yaşlı nəsilin nümayəndələri Azəri həm də atası Aşıq Xanlar Məhərrəmova görə tanıyırlar. Ancaq sabah da ola bilsin ki, Aşıq Xanları həm də Azərə görə tanıyalar. Nə yaxşı ki, hər iki məqamın ikisində də böyük ürək görünür, saz görünür, kişilik görünür, mərdlik görünür.... Tarixən Türk üzünü saza tutub, sazın ölüsü olub. Ancaq mən çox istəmişəm ki, saz özü üzünü öz Türkünə tutsun. Azərin sazı kimi. Yalnız saz özü üzünü Türkə tutanda görəcəksən ki, "Çırpınırdı qara dəniz, baxıb Türkün bayrağına". Bu sözü tərif üçün bir-birinin dalına qoşmuram. Məzmun üçün deyirəm.

Cəhənnəm olsun sənətdə özü-özünə ad qoyub, lovğalanan paxıl qocalar. Yaşasın Sənin kimi böyük ürəkli, qızıl biləkli gənclər. Əxlaqı pozulmuş dünyada və cəmiyyətdə Xan Əmrah, Dədə Ədalət, Aşıq Xanlar ....kimi sənət müqəddəsləri nin həqiqi qiymətini hələ də verən olmayıb. Nə xoş halına ki, onların sırasında sənin də adın var. Azər özün yaxşı bilirsən ki, aşıq var ki, haqqa yolu bağlıdır. Yatıb-durub elə heey xurafat anladır. Qəhrəmanları da yalnız ordandır. Belə olanda nə olur bilirsənmi? Vətən yadlaşır, bizi bəyənmir, bizdən yeyib, ərəbə-farsa yıxılır... Belə aşıqlar nə yazıq ki, hər yeri bürüyüb. İstər Sizin kənd istər də bizim kənd "hər gün aşura, hər yer kərbəla" gününə düşüb. Ona görə də Sənin sazın yaşlı nəsilə uzağı-uzağı təsirli olur, hələ tam çatmır. Bir də ki, axı dağılmış sovetin dövrü də öz işini görüb. Sənin sazın onlara çatmır. Sənin sazın isə üzü günəşə doğrudur. Gələcəyə və gəncliyə hesablanıb. Uğur olsun Ozanım . Otuzun mübarək olsun. Dastan dili ilə sözümün başına yüyən atıb- dağda görüşək, düzdə gün o gün olsun 100-də görüşək deyirəm.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31