Dünyanın ən gözəl qadınından kişilərə məsləhət
4 May 2013 04:54 MədəniyyətAmerikalı aktrisa, Hollivud ulduzu Qvinet Peltrou möhkəm ailəyə malik olduğunu, ərini də sevdiyini bildirib. 10 ildən bəri Goldplay qrupunun solisti Kris Martinlə nikahda olan Peltrou bununla belə, ailəli qadının işinin asan olmadığını da etiraf edib. Milli.Az TMZ-yə istinadən bildirir ki, People jurnalı tərəfindən "Dünyanın ən gözəl qadını" seçilmiş Peltrounun sözlərinə görə, ailə həyatı bəzən ona çox ağır gəlir. "Ailə gözəldir, amma bəzən qorxunc anlar da yaşayırsan. Kişilərə məsləhətim budur ki, əsəblər tarıma çəkiləndə dalaşmazdan əvvəl bir qədər düşünün, sakitləşməyə çalışın. Sevdiyiniz insana olan hirsinizi tutquya çevirin", - iki uşaq anası olan 40 yaşlı Peltrou deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31