Məşhur aktrisanın bəxt üzüyünü kim oğurladı?

Türkiyənin məşhur aktrisalarından biri Hande Ataizinin evi qarət olunub. Milli.Az AHT-yə istinadən bildirir ki, ötən il amerikalı jurnalist Bencamin Harviyə ərə gedən Ataizinin evinə girən oğrular onun toy bəzəklərini, zinət əşyalarını aparıblar. İstanbulun Gümüşsuyu səmtindəki malikanədən oğurluq faktı ilə bağlı cinayət işi qaldırılıb, istintaq gedir. 
"Evdən aparılan pullar və ya qızıllar mənə önəmli deyil. Məni pərişan edən bizimçün mənəvi dəyəri çox böyük olan nişan üzüyümün oğurlanmasıdır. Çox pərişanam", - Hande Ataizi deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31