“Arif Məlikov: tarix və müasirlik” kitabı çap olundu

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşiyeva-İbrahimovanın “Arif Məlikov: tarix və müasirlik” kitabı çapdan çıxıb. Olaylar.az bildirir ki, kitabda görkəmli bəstəkar, SSRİ Xalq artisti, akademik Arif Məlikovun yaradıcılığında xüsusi yer tutan kamera-instrumental və kamera-vokal əsərlərinin sistemli təhlili aparılıb. Nəşrdə həmçinin bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş məqalələr və onunla bağlı xatirələr də yer alıb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşiyeva-İbrahimovanın "Arif Məlikov: tarix və müasirlik" kitabı çapdan çıxıb.

Olaylar.az bildirir ki, kitabda görkəmli bəstəkar, SSRİ Xalq artisti, akademik Arif Məlikovun yaradıcılığında xüsusi yer tutan kamera-instrumental və kamera-vokal əsərlərinin sistemli təhlili aparılıb. Nəşrdə həmçinin bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş məqalələr və onunla bağlı xatirələr də yer alıb.

Professional musiqiçilər və geniş oxucu kütləsinə ünvanlanan kitab "Şərq-Qərb nəşriyyatında işıq üzü görüb.

Kitab Mədəniyyət Nazirliyinin tabeliyində olan müvafiq qurumlara və kütləvi kitabxanalara paylanılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31