Əməkdar artist vəfat edib
Azərbaycan mədəniyyətinə itki üz vermişdir. Azərbaycan Dövlət Akademik Filarmoniyasının Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının repetitoru, tanınmış qarmon ifaçısı, Əməkdar artist Etibar Qasımbəyli 2020-ci il 27 oktyabr tarixində, 63 yaşında vəfat edib.
28 Oktyabr 2020 10:23 Mədəniyyət"Olaylar" Azərbaycan mədəniyyətinə itki üz vermişdir. Azərbaycan Dövlət Akademik Filarmoniyasının Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının repetitoru, tanınmış qarmon ifaçısı, Əməkdar artist Etibar Qasımbəyli 2020-ci il 27 oktyabr tarixində, 63 yaşında vəfat edib.
Olaylar.az bildirir ki, Etibar İsmayıl oğlu Qasımbəyli 23 sentyabr 1957-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. 1964-1974-cü illərdə Səbail rayonu 132 saylı orta məktəbdə oxumuş, 1966-1971-ci illərdə Nəsimi rayonu 1 saylı Musiqi məktəbində qarmon sinfində musiqi təhsili almışdır.
Etibar Qasımbəyli 2010-cu ildən 2020-ci ilədək Azərbaycan Dövlət Akademik Filarmoniyasının Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında repetitor vəzifəsində çalışmışdır.
2011-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Allah rəhmət eləsin!