Çılpaq şəkillərinə görə tacı əlindən alındı

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Almaniyanın dünyaca məşhur top modeli Viktoria Başhold çəkdirdiyi erotik şəkillərini sosial şəbəkələrdə dostları ilə paylaşdığı üçün tacı əlindən alınıb. 2013-cü ildə Almaniyanın ən gözəl xanım seçildiyi üçün ona  mükafatı təqdim edən "Miss Germany Organization"təşkilatı bu cür addım atmasının səbəbini belə izah edib: "Biz hər kəsin hərəkətlərinə, şəxsiyyətinə hörmətlə yanaşırıq. Lakin belə bir qurumu təmsil edən nümayəndə erotik şəkillər çəkdirməməliydi. Bu biizm adımıza xələlə gətirir. Bunun üçün mayın 4-də yenidən müsabiqə keçirəcəyik". Qeyd edək ki, 22 yaşlı model Misirdə təşkil olunan  "Top Model of The World" gözəllik müsabiqəsində də Almaniyanı təmsil edərək "Best Skin" mükafatı ilə təltif olunmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31