"Muhteşem yüzyıl"a hədə: "Sizi alt-üst edəcəyik"

Türkiyənin ən populyar teleserialı, dünyanın 26 ölkəsində nümayiş edilən "Muhteşem yüzyıl" Yunanıstanda ilk seriyalarından bəri böyük qıcıqla qarşılanır.
Mühafizəkar yunanların fikrincə, serialda "Osmanlı Türkiyəsi təriflənir, yunanlar isə aşağılanır".
Bu iddialar absurd olsa da, millətçilərin dediklərinə inananlar az deyil.
Milli.Az European-a istinadən bildirir ki, Yunanıstan Pravoslav Kilsəsi də "Muhteşem yüzyıl"ı qətiyyətlə pisləyir. Bundan yararlanan kinorejissor Yorqos Konstantinopulos "Muhteşem yüzyıl"a "cavab" hazırlamaq qərarına gəlib. O, "İ Ditika: Mehri" "Qərbə doğru: yüksəyə" adlı teleserialın ssenarisinin artıq başa çatmaq üzrə olduğunu bildirib.
Serial yunanların Osmanlı Türkiyəsinə qarşı mübarizəsindən bəhs edir.
"Türklərin tarixçiləri "Muhteşem yüzyıl" serialı vasitəsilə Osmanlı Türkiyəsinin tarixini təhrif olunmuş halda tamaşaçılara çatdırırlar. Mən isə onlara deyirəm: sizi alt-üst edəcəyik, əsl tarixi göstərəcəyik", - Konstantinopulos deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31