Vaxtıdır!
25 Oktyabr 2020 09:27 MədəniyyətÜnvana tələsən xoş duaların,
Üstünü ot basmış həsrət yolların,
Misri qılınc tutan ər oğulların,
Qıratın belinə minən vaxtıdır!
Laçının yuvaya dönən vaxtıdır!
Allah kəlməsiylə, Azan səsiylə,
Əcdadların şanlı ənənəsiylə,
Qapanmaqda olan Qurd çənəsiylə,
Yağının boynuna enən vaxtıdır!
Laçının yuvaya dönən vaxtıdır!
Boyun sındıraraq, bilək qıraraq,
Tümən dağıdaraq, alay pozaraq,
Tarixdən dərs alıb, tarix yazaraq,
Unudulmaz qanlı dünən vaxtıdır!
Laçının yuvaya dönən vaxtıdır!
Belin bükülməsin, Şəhid Atası,
Əlindən öpürük, Şəhid Anası,
Ey, vüsal gözləyən Şəhid butası,
Həsrət alovunun sönən vaxtıdır!
Laçının yuvaya dönən vaxtıdır!
Yolçu Yolçuyev
Azərbaycan Silahlı Qüvvələr Veteranı,
polkovnik
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31