Eldar Qasımov qorxmuş fanatları sakitləşdirdi
3 May 2013 01:14 MədəniyyətBir neçə gün öncə xəbər yayılmışdı ki, Eldar Qasımov görmə qabiliyyətini itirə bilər. Milli.Az-ın Day.Az-a istinadən məlumatına görə, şayiələr o qədər sürətlə yayıldı ki, müğənni bununla bağlı açıqlama vermək məcburiyyətində qaldı.
"Əziz tamaşaçılar, bu həqiqət deyil. Bir neçə gün öncə hiss elədim ki, sol gözüm yaxşı görmür. Bu səbəbdən həkimə müraciət etdim. O isə mənə dedi ki, göz əzələlərim yorulub. İndi hər gün 20-30 dəqiqə eynək taxmalıyam. Sonradan eynəklə birdəfəlik vidalaşacam", - o, Lider telekanalının "Pərdə" proqramına deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31